Modern.az

Xınalığa qar yağdı - FOTO

Xınalığa qar yağdı - FOTO

5 May 2021, 11:12

May ayının 5-də Qubanın Xınalıq kəndinə qar yağıb.

 

Kənd sakinlərinin Modern.az-a verdiyi məlumata görə, gecə saatlarında yağan intensiv yağışı səhər saatlarında qar əvəz edib.

 

İndi yerdə 5 sm-ə yaxın qar var və yağmaqda davam edir. Xınalıqlılar may ayında qar yağmasını nadir hadisə hesab etməsələr də bildirirlər ki, havanın qeyri-sabit keçməsi hər hansı problem yaratmayıb.

 

 

Aytəkin ALXASLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə