Modern.az

Azərbaycanda 7000-dən çox əlillik təyinatı ləğv edilib

Azərbaycanda 7000-dən çox əlillik təyinatı ləğv edilib

Aktual

5 May 2021, 15:17

Son illərdə 7000-dən çox saxta, əsassız əlillik təyinatı ləğv edilib. Modern.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov bildirib.

 

Agentlik sədri qeyd edib ki, bununla da illik 30 milyon, aktuar hesablamalara əsasən, uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb:


“Nazirlər Kabinetinin qərarı ilə ölkə üzrə qüvvədə olan müddətli əlillik işləri hər hansı yoxlama olmadan, müayinələr aparılmadan avtomatik olaraq 5 il müddətinə uzadılıb. Bu qərar 190 min şəxsi əhatə edib. Hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır:

"Əlillik geridönməz hallarda  müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə