“Artıq Vətən müharibəsində xəsarət alan qazilərdən 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub”.
Modern.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.
Qurum rəsmisi qeyd edib ki, qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlara Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətnamə verilməlidir:
“Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir. Bu sənədə əsasən də tərəfimizdən əlilliyin qiymətləndirilməsi aparılır”.