Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi tərəfindən yeni "Göyçə: itirilmiş ocaq" sənədli filmi istehsal edilib.
Filmdə buz kimi bulaqları, yaşıl çəmənləri, uca dağların qoynundakı mavi gözlü Göyçə gölünü, ruhumuzun qidası olan ozan – aşıq sənətini bizə xatırladan, igid insanları və qonaqsevərliyi ilə seçilən və Azərbaycan mədəniyyətinin və tarixi coğrafiyasının ən böyük itkilərindən biri olan eldən, Oğuz yadigarı – Göyçədən bəhs edilir. Sənədli filmin ideya müəllifi və layihə rəhbəri Nurəddin Mehdiyev, ssenari müəllifləri tarixçi alimlər Nazim Mustafa, Ramin Əlizadə, rejissoru Teymur Nəcəfzadədir.
Filmi Azərbaycan, ingilis, rus dillərində aşağıdakı youtube linklərindən izləmək olar:
//www.youtube.com/watch?v=INvJ_vRPAJ0 - AZE
//www.youtube.com/watch?v=BITUB0jB7UA - ENG
//www.youtube.com/watch?v=Z6HGzHleeFg&t=111s - RU