Modern.az

Ötən gün 30 minə yaxın şəxsə vaksin vurulub

Ötən gün 30 minə yaxın şəxsə vaksin vurulub

5 May 2021, 16:37

Azərbaycanda son sutkada 29778 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 7957 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 21821 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1566106 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 987962 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 578144 nəfərdir.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə