Modern.az

Yevlaxda yol qəzası - ölən var

Yevlaxda yol qəzası - ölən var

5 May 2021, 20:45

Yevlax rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 304-cü kilometrliyində, Aran qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, "VAZ-21011" markalı minik avtomobili "Ford" markalı kiçik tutumlu yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ"ın sürücüsü, 1963-cü il təvəllüdlü Hidayət Bəsər oğlu Camalov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə