Modern.az

“Çelsi” “Real”ı məğlub edib finala çıxdı

“Çelsi” “Real”ı məğlub edib finala çıxdı

Aktual

6 May 2021, 00:59

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha bir cavab qarşılaşması keçirilib.

 

Modern.az xəbər verir ki, İngiltərədə İspaniya "Real Madrid"ini 2:0 hesabı ilə məğlub edən "Çelsi" finala vəsiqə qazanıb.

 

Matçda ilk qolu 28-ci dəqiqədə Timo Verner vurub. Son nöqtəni isə 85-ci dəqiqədə Meyson Maunt qoyub. Bu komandalar arasında Madriddəki ilk görüş heç-heçə başa çatmışdı - 1:1.

 

 

Qeyd edək ki, "Çelsi"nin finaldakı rəqibi İngiltərənin digər klubu "Mançester Siti" olacaq. Həlledici qarşılaşma mayın 29-da Türkiyənin İstanbul şəhərində oynanılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə