İran Dövlət Televiziyası İranın Ali lideri Ayətulla Seyid Əli Xameneinin xalqa müraciətindən əvvəl ABŞ Konqres binasının partladılması ilə bağlı təbliğat videosu yayımlayıb.
Moden.az xəbər verir ki, yayımlanan təbliğat videosunda İran, ABŞ əsgərlərinin keçidi zamanı ballistik raketlərlə ABŞ binasını hədəf alır.
Daha sonra İran əsgərləri və din xadimlərinin Qüdsə birlikdə yürüş səhnələri yer alıb.
Qeyd edək ki, ABŞ-dan yayılan videoya reaksiya gecikməyib. Pensilvaniya ştatından olan respublikaçı senator Pat Tumey bldirib ki, İran yenə də saxta işlərlə məşğul olur.
Aysel Məhərrəmova