Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib.
Modern.az-ın məlumatına görə, qəza zamanı idarəetmədən çıxan avtombil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanır. Nəticədə səkidəki uşaqlar zərbədən xilas olur.
Qurumun mətbuat katibi Mais Ağayev Modern.az-a bildirib ki, paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakı şəhərində 139 küçədə bu cür təhlükəsizlik tumbaları quraşdırılıb:
“Tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır. Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir”.