Modern.az

Polis 31 nəfər avara və dilənçini saxladı...

Polis 31 nəfər avara və dilənçini saxladı...

Aktual

6 May 2021, 11:30

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

               
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı tədbir keçirib.

Təbir zamanı ümumilikdə 31 nəfər saxlanılaraq Polis İdarəsinı gətirili. Onlarla profilaktiki söhbətlər aparılıb, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə