Modern.az

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb

Aktual

6 May 2021, 11:18

Xəzər dənizi sahilində, Mahaçqla şəhəri yaxınlığında 150-dən çox nadir suiti ölüsü aşkar edilib.

 

Modern.az-ın məlumatına görə, ölü heyvanlar son iki gün ərzində müşahidə edilib.

 

Mütəxəssislər ölü suiti sayının 200-ə çata biləcəyini ehtimal edir. Hadisə ilə bağlı araşdırmalar aparılır. 

 

 

 

Qeyd edək ki, Xəzər suitisi Xəzər dənizində yaşayan yeganə məməli növdür. Bu heyvanlar 2008-ci ildən etibarən nəsli kəsilməkdə olan heyvan statusu ilə "Qırmızı kitab"a salınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə