Maldiv Respublikasının keçmiş prezidenti, hazırda Xalq Məclisinin sədri Məhəmməd Naşid Maledə baş verən partlayış nəticəsində yaralanıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda o, xəstəxanada müalicə alır.
Partlayışın eks-prezidentin evinin yaxınlığında baş verdiyi bildirilir. Asayiş keşikçiləri yerli sakinləri partlayışın baş verdiyi əraziyə getməməyə çağırıb.
Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.