Latviya ermənilərin guya 1915-ci ildə Osmanlı imperiyasında qətliama məruz qaldığını tanıyıb.
Latviyanın parlamenti mayın 6-da “soyqırımı” ilə bağlı qətnamə qəbul edib.
Qətnamənin leyhinə 100 deputatdan 58-i səs verib.
Modern.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bu qərarı “tarixin siyasi motivlərlə yenidən yazılması üçün qanuni qüvvəsi olmayan cəhd” adlandırıb.
Nazirlik qətnaməni qətiyyətlə pisləyən bəyanatla çıxış edib.
“Bu qərar Latviyanın özünün işğal olunmasının 80-ci ildönümü ilə bağlı və öz tarixinin hadisələri barədə verdiyi bəyanata ziddir və ikili standartlara söykənir. Latviya o vaxt bəyan etmişdi ki, tarixi hadisələrə düzgün və ədalətli tərzdə yanaşma beynəlxalq münasibətlərin ön şərti olmalıdır”, - bəyanatda deyilir.
Türkiyənin müdafiə naziri Hulusi Akar Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabrikslə telefonda danışıb və etirazını bildirib.