Modern.az

Narazı qazinin əlillik qrupu dəyişdirildi

Narazı qazinin əlillik qrupu dəyişdirildi

Aktual

7 May 2021, 09:42

Vətən müharibəsi qazisi Hacı Vəliyevin əlillik problemi həll edilib.

 

Modern.az xəbər verir ki, bu barədə H. Vəliyev "Facebook" paylaşım edib. 

 

O bildirib ki, əlillik probleminin həlli üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedəcəyi barədə video paylaşdıqdan sonra nazirliyin bir sıra rəsmiləri onunla əlaqə saxlayıb:

 

“2-ci qrup əliliyimin (5 il müddətə) təyin olunduğunu və təyin olunma haqqında sənədi göndərdilər”.

 

Qeyd edək ki, ƏƏSMN tərəfindən H. Vəliyevə 3-cü qrup əlillik təyin edilmişdi. Qazi isə 3 fərqli diaqnozla yararsız kimi təxris olunduğunu əsas gətirərək bu növ əlillik təyinatından imtina etmişdi. 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə