Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali “Facebook” səhifəsində prezidentin Moskva Qələbə Günü paradında iştirakı ilə bağlı rəhbərliyə çoxsaylı suallar gəldiyini bildirib.
Modern.az xəbər verir ki, mətbuat katibi ölkə prezidentinin Rusiya tərəfindən müvafiq dəvət almadığını və bu səbəbdən prezidentin cədvəlində Moskvaya səfər planlaşdırılmadığını deyib.
Qeyd edək ki, ilk dəfə Moskvada Qırmızı Meydanda Zəfər Paradı 24 iyun 1945-ci ildə baş tutub. Hər il təxminən 35 min nəfər paradda iştirak edir.
Aysel Məhərrəmova