Modern.az

Qarabağda daha çox dost ölkələrin təcrübəsindən istifadə olunacaq - VİDEO

Qarabağda daha çox dost ölkələrin təcrübəsindən istifadə olunacaq - VİDEO

Aktual

7 May 2021, 11:50

Qarabağda icra olunacaq ağıllı kənd, ağıllı şəhər layihələrində,  daha çox bu işdə ixtisaslaşmış dost ölkələrin təcrübəsindən istifadə olunacaq.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev səsləndirib.

 

Ağıllı kənd, ağıllı şəhər layihələri müasir zamanın tələbidir. Bu tipli şəhər və kəndlərin inşası, həmin kənd və şəhərlərin vahid mərkəzdən intelektual idarə olunmasını mümkün edir. Bununla yanaşı belə layihələr ekoloji baxımdan da ətraf mühit üçün zərərsiz hesab olunur. Hazırda dünyanın bir çox ölkəsində ağıllı kənd konsepsiyası uğurla icra olunur. Və bu işdə Azərbaycana dost, qardaş ölkə olan Qazaxıstan da böyük təcrübəyə malikdir. Bu gün bir çox ölkələr Qarabağda həyata keçiriləcək  ağıllı kənd layihəsində iştirak etmək niyyətlərini nümayiş etdirirlər. Bu olduqca sevindirici haldır. Lakin bu işdə öncəliyimiz Azərbaycana dost, etibarlı tərəfdaş olan və ağıllı kənd konsepsiyasında ixtisaslaşmış ölkələrə üstünlük verməkdir. Bunlar qardaş Türkiyə, Qazaxıstan və İsrail dövlətləri olacaq deyə Naqif Həmzəyev bildirib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə