Modern.az

Fəhlənin iş başında qolu kəsildi

Fəhlənin iş başında qolu kəsildi

Aktual

7 May 2021, 12:20

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Ağdaş rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

 

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq aparılır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə