Belarus Prezidenti Lukaşenko ölkənin koronavirusa qarşı öz peyvəndini yaratdığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə Belarus dövlət agentliyi “Belta” xəbər yayıb. Prezidentin sözlərinə görə, peyvəndin ilk sınağı uğurlu keçib.
Qeyd edək ki, Lukaşenko aprel ayında payıza qədər bir Belarus dərmanı yaradacaqlarını bildirmişdi.
Aysel Məhərrəmova