Modern.az

Zərif səs yazısına görə deputatların suallarını CAVABLANDIRACAQ

Zərif səs yazısına görə deputatların suallarını CAVABLANDIRACAQ

Aktual

7 May 2021, 14:50

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif keçmiş SEPAH-ın Qüds briqadasının keçmiş komandanı Qasım Süleymanini tənqid etdiyi və ölkə siyasətində böyük reaksiya verən səs yazısı ilə əlaqədar İran Parlamentindəki millət vəkillərinin suallarını cavablandıracaq.

 

Modern.az xəbər verir ki, Nazir 9 may bazar günü İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında iştirak edəcək. 

 

Qeyd edək ki, reaksiyalardan sonra bir açıqlama verən Xarici İşlər Nazirliyi  müsahibənin nəşr üçün deyil, hökumət arxivində saxlanılması üçün edildiyini açıqlamışdı. Daha sonra Tehran Baş Prokurorluğu məsələ ilə bağlı istintaq başladıb. 

 

Aysel Məhərrəmova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə