Modern.az

Samuxda 38 yaşlı şəxs özünü bıçaqladı

Samuxda 38 yaşlı şəxs özünü bıçaqladı

Aktual

7 May 2021, 15:00

Samux rayonunda 38 yaşlı kişi bıçaq xəsarətləri alıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az verilən məlumata görə, hadisə bu gün rayonun Ceyrançöl ərazisində qeydə alınıb.

 

Bildirilib ki, Lənkəran rayon sakini, 1983-cü il təvəllüdlü Abdul Abdullayev bir neçə bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:

 

"Rayon ərazisində hərhansı bir güllələnmə faktı olmayıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs özünə bıçaq xəsarətləri verib.

Faktla bağlı araşdırmalara başlanılıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə