Modern.az

Şuşa şəhəri layiq olduğu adına qovuşdu

Şuşa şəhəri layiq olduğu adına qovuşdu

8 May 2021, 16:37

Xalqımız 28 il Şuşanın işğalı ilə əlaqədar 8 May tarixini kədərli bir tarix kimi anırdı. 2020-ci il noyabrın 8 də Ali Baş Komandan cənab İlham Əliyev Şuşanın erməni vəhşiliyindən, faşizmdən azad edilməsi ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətində çox qürurla "Şuşa sən azadsan!" kəlməsini səsləndirdi. Sözün həqiqi mənasında Şuşa şəhəri erməni faşizmindən azad edildi. Ermənilər İrəvanın mərkəzində və Qarabağda nasist Qaragenə heykəl ucaltmışdılar. Bu bir daha sübut edir ki, Ermənistanın siyasi və hərbi rəhbərliyi faşist ideologiyasına xidmət edir.

 

Cənab Prezident işğaldan azad edilmiş torpaqlara hər səfəri zamanı ermənilər tərəfindən dağıdılmış və viran qoyulmuş şəhər və kəndlərimizi bütün dünya ictimaiyyətinə göstərərək erməni faşizminin iç üzünü göstərirdi. Həmçinin müharibə dövründə cənab Prezident Bakı şəhərində dünyanın aparıcı KİV nümayəndələri ilə görüşlərində də Qarabağ həqiqətlərini bütün dünyaya çatdırır, ermənilərin yalan və iftiralarını ifşa edirdi. Dövlət başçısı bəzi jurnalistlərin əvvəlcədən hazırlanmış təxribat xarakterli suallarına qətiyyətli, səlist cavabları ilə onları çıxılmaz vəziyyətə salırdı. Bu günlərdə cənab Prezidentin ötən ilin noyabrında BBC jurnalisti ilə müsahibəsi sosial şəbəkələrdə işıqlandırılaraq böyük rezonansa səbəb oldu. Bütün dünya jurnalistin cənab Prezidentin qətiyyətli və arqumentli cavabları qarşısında necə aciz və cılız vəziyyətə düşdüyünün şahidi oldu. Qərbdən tutmuş Şərqə kimi dünyanın bir çox ictimai xadimləri, sadə vətəndaşları, müsahibəni dinləyən hər bir kəs öz səhifəsində ölkə başçısının cəsarətli cavablarına və dünyada baş verən haqsızlıqları açıq şəkildə söylədiyinə görə xoş sözlər yazmış və cənab İlham Əliyevə böyük rəğbət bəslədiklərini qeyd etmişlər. Dünya bir daha İlham Əliyevin güclü siyasətçi və qətiyyətli dövlət başçısı olduğunun şahidi oldu.

 

İşğaldan azad olunmuş kənd və şəhərlərimizdə infrastruktur yenidən qurulur, "ağıllı kənd" və şəhərlərimizin qurulmasının təməli qoyulmuşdur.

 

Ölkə başçısı tərəfindən Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Bununla da Şuşa şəhəri layiq olduğu adına qovuşmuş oldu. Şuşa Xan qızı Natavan Vaqif, Üzeyir Hacıbəyli Bülbül və bir sıra çox dahı şəxsiyyətlər yetirmiş bir məkandır. Şuşa tək Azərbaycanın deyil, dünyanın mədəniyyət mərkəzinə layiq bir torpaqdır.

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yaxın vaxtlarda Şuşada "Xarı Bülbül" musiqi festivalının keçirilməsi də nəzərdə tutulub. Bu festivalda Azərbaycan mədəniyyəti ilə yanaşı digər xalqların mədəniyyətləri və musiqiləri də nümayiş etdiriləcək.

 

Dünya bir daha Azərbaycanın qədim mədəniyyətə, tarixi kökləri olan bir xalq olduğunun şahidi olacaq.

 

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə