Modern.az

Zöhrə Ağamirova dünya kubokunun finalına çıxdı

Zöhrə Ağamirova dünya kubokunun finalına çıxdı

8 May 2021, 20:06

Bakıda keçirilən bədii gimnastika üzrə dünya kubokunda fərdi gimnastların lent ilə yarışında finalçılar müəyyənləşib.

 

Modern.az-ın məlumatına görə, gimnastımız Zöhrə Ağamirova həlledici mərhələyə yüksəlib. Təsnifat mərhələsində təmsilçimiz 21,275 xalla 6-cı olub və finala adlayıb.

 

Finalda Z.Ağamirova ilə yanaşı, Alina Harnasko (Belarus), bolqarıstanlı Boryana Kaleyn, İtaliya təmsilçisi Aleksandra Acurcukukuleze, rusiyalı Daria Trubnikova, sloveniyalı Yekaterina Vedeneyeva, Andria Verdes (Rumıniya) və bolqarıstanlı Katrin Taseva mübarizə aparacaqlar.

 

Qeyd edək ki, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla, 167 gimnast iştirak edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə