Modern.az

Azərbaycan səfirliyinin əməkdaşları 9 May tədbirində - FOTO

Azərbaycan səfirliyinin əməkdaşları 9 May tədbirində - FOTO

9 May 2021, 21:14

9 may tarixində Rusiya Federasiyasının Bolqarıstandakı Səfirliyinin təşəbbüsü ilə Sofiya şəhərinin “Knyajeska” parkında faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə əsasən Bolqarıstanda akkreditə olunan diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycanın Bolqarıstandakı Səfirliyinin əməkdaşları iştirak edib.


Tədbiri giriş sözü ilə açan Rusiyanın Bolqarıstandakı səfiri 9 may tarixinin keçmiş sovet xalqının tarixi qələbəsi olduğunu bildirərək, bu qələbənin  əldə olunmasında göstərilmiş şücəatkarlıqdan bəhs edib. Tədbir iştirakçıları müharibə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib.


Daha sonra tədbir iştirakçıları tərəfindən parkda “Sovet ordusu abidəsi”nin qarşısına əklil qoyulub. Əklil qoyan ölkələr sasdalanarkən ilk olaraq Azərbaycanın Bolqarıstandakı Səfirliyinin adı qeyd olunub. Mərasim konsert proqramı ilə davam edib.


Qeyd edək ki, faşizm üzərində qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər.

Sizə yeni x var
Keçid et
Xankəndidə polisimizə qumbara atıldı - YARALANANLAR VAR