Modern.az

"Zirə" "Qəbələ" ilə sülh bağladı

Aktual

9 May 2021, 21:37

Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunmuş qarşılaşmada "Zirə" və "Qəbələ" komandaları üz-üzə gəlib.

 

Oyun qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da hər iki komandanın qələbəsiz ardıcıl oyunlarının sayı 9-a çatıb.

 

Hazırda "Zirə" 35 xalla 4-cü, "Qəbələ" 25 xalla 6-cı pillədə qərarlaşıb.

 

Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Keşlə"ni 1:0, "Neftçi" "Səbail"i 4:0 hesabı ilə yenib. Tura saat "Sabah" - "Qarabağ" matçı ilə yekun vurulacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi