Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ" "Sabah"la qarşılaşıb.
Modern.az xəbər verir ki, Masazırda "Bank Respublika Arena"dakı qarşılaşma Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xallarını 54-ə çatdıran "Qarabağ" yenidən liderliyə yüksəlib. "Sabah" isə 25 xalla 5-ci pillədə qalıb.