Modern.az

Qubada tarixi gündə tarixi dostluq parkı açıldı - FOTOLAR

Qubada tarixi gündə tarixi dostluq parkı açıldı - FOTOLAR

10 May 2021, 15:28

Azərbaycan xalqının xilaskarı, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günündə Qubada xoş məramlı tarixi bir hadisə yaşanıb.Quba şəhərinin mərkəzində -2000 kvadrat metr sahədə Azərbaycan-Türkiyə qardaşlıq parkının açılışı baş tutub.Açılış mərasiminə hava sürpriz etsə də,durmadan yağış yağsa da Bakıdan hörmətli qonaqlar -Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı,Milli Məclisin üzvləri Əhliman Əmiraslanov, Qənirə Paşayeva qatılmışdı.Əvvəlcə Azərbaycanın  görkəmli dövlət xadimi,ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsi ziyarət olunub. Quba İH başçısı Ziyəddin Əliyev və qonaqlar abidə önünə tər güllər düzüblər.

 

Sonra Azərbaycan -Türkiyə qardaşlıq parkının açılışını bildirən qırmızı lent kəsilib.Quba İH başçısı Ziyəddin Əliyev tədbirə gələn qonaqlara park haqda ətraflı məlumat verib.Böyük maraqla parka baxış keçirən diplomata və millət vəkillərinə bu möhtəşəm parkın cəmi 20 gündə ərsəyə gəldiyi,burada qısa vaxt ərzində xeyli işlər görüldüyü barədə açıqlama  verilib.Ziyəddin Əliyev bildirib ki,"ümummilli liderimiz Heydər Əliyevin doğum gününə bu parkı ən gözəl hədiyyə hesab etdik."

 

Rəsmi hissədə Quba İH başçısı Ziyəddn Əliyev giriş sözü ilə  çıxış edib. O bu möhtəşəm parkın iki qardaş və dost xalqın birliyinin əyani nümunəsi hesab edib və açılışs gələn hər kəsi qubalılar adından salamlayıb.Ziyəddin Əliyev Türkiyənin  Azərbaycandakı  yeni təyin edilmiş fövqaladə və səlahiyyətli səfiri Cahit Bağçını Qubada görməkdən məmnun olduğunu söyləyib və onu yeni təyinatı  münasibətilə təbrik edib.Ziyəddin Əliyev çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixdə qoyduğu misilsiz xidmətlərindən,onun dövlət quruculuğu sahəsində  əvəzsiz rolundan danışıb.Bildirib ki, "ölməz Heydər Əliyevin qardaş Türkiyə ilə qurduğu dostluq əlaqələri bu gün də uğurla davam etdirilir.Bunu 44 günlük Vətən müharibəsində bir daha gördük,qardaş Türkiyə,cənab Prezidenti Rəcəb Tayyib Ərdoğan daim xalqımızın,möhtərəm Prezidentimizin   yanında oldular."

 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında Azərbaycan -Türkiyə dostluğunu tərənnüm edən bu möhtəşəm parkın inşası üçün Azərbaycana,Quba İh rəhbərliyinə təşəkkür edib.O bu dostluq parkını iki dost xalq arasında mövcud olan tarixi bağları olan birliyə ən gözəl nümunə adlandırıb.

 

Azərbaycan Milli Məclisinin üzvləri - Səhiyyə Komitəsinin sədri ,Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov ,Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanın bölgələrində yeganə olan bu parkın məhz bu gün -mayın 10-da -dahi şəxsiyyət Heydər Əliyevin doğum günündə istifadəyə verilməsini olduqca əlamətdar hadisə adlandırıblar.Bildirilib ki,Türkiyə ilə tarixi dostluğumuzun əbədiliyini sübut edən bu parkın çəkisi və rəmzi mənası çox böyükdür.Qənirə Paşayeva belə möhtəşəm parkın təşkili üçün qubalılara,xüsusən Qubanın İH başçısı Ziyəddin Əliyevə təşəkkür edib.Onun sözlərinə görə,bu parkın istifadəyə verilməsi həm dosta mesajdır,həm də düşmənə.Dost təbii ki sevinəcək,düşmən də ki,düşməndir.

 

Türkiyə səfiri Cahit Bağçını Quba səfərində səfirliyin əməkdaşları,Müstəqil Sənayeçilər və İş adamları Dərnəyinin Azərbaycan təşkilatının təmsilçiləri -təşkilatın idarə heyətinin sədr müavini Rəşad Cabirli,idarə heyətinin üzvləri -Alim Şentürk,İrfan Şahin,Hüseyn Yapar və şöbə müdiri Muhterem Öz,Axısxa Türklərinin "Vətən"İctimai Birliyinin Respublika Təşkilatının sədri İsmayıl Rəhimov müşayiət edib.

 

Pandemiya şəraiti olduğundan Quba istimaiyyətinin nümayəndələri az sayda ,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də açılış mərasiminə qatılıblar.Yeri gəlmişkən,yağışlı havada Qubada asayişi,ictimai təhlükəsizliyi qoruyan ,hər kəsə həssaslıqla yanaşan rayonun yol polisi əməkdaşlarına təşəkkür edirəm.

 

İndi isə Qubada bu gün istifadəyə verilən möhtəşəm Azərbaycan -Türkiyə qardaşlıq parkının görüntüləri barədə.Ümumi sahəsi 2000 kvadrat metr olan orijinal park bölgələrdə ilkdir.Qənirə Paşayeva dediyi kimi,Quba ilkə imza atdı.Park iki hissədən ibarətdir.Bir hissəsi Azərbaycana,bir hissəsi Türkiyəyə aiddir.Azərbaycan və Türkiyə hissələrində divarlara ulu öndər Heydər Əliyevin,Mustafa Kamal Atatürkün, Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın kəlamları qeyd olunub.Parkın mərkəzindəki möhtəşəm abidə çox orijinaldır.Abidənin müəllifi heykəltəraş Şıxəli Təhməzovdur. Abidədə diqqətçəkən məqam iki əldə palıd ağacı kimi kök atan iki ölkə qardaşlığının əbədiliyini bildirən rəmzi qranit görüntü çox orjinaldır.

 

Parkda daha nələr var? Atalar bu yerdə çox gözəl deyib:"Yüz eşitməkdənsə,bir görmək yaxşıdır".Əziz qubalılar,təbrik edirik belə gözəl istirahət guşəsi üçün.Qubanın qonaqlarını və turistləri Quba şəhərinə Azərbaycan-Türkiyə qardaşlıq parkına dəvət edirəm.Gəlin,yerində görün.Özünüz öz gözlərinizlə görün. Mübarəkdir,Quba.Çox sağ olun, Ziyəddin müəllim.Əziyyət çəkən bütün işçi heyətinə-gecə-gündüz işləyən insanlara təşəkkür edirəm.Ümummilli liderimiz Heydər Əliyevin isə ruhu şad olsun!!!

 

Aytəkin ALXASLI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi