Modern.az

Hindistanın daha 4 ştatında karantin sərtləşdirildi

Hindistanın daha 4 ştatında karantin sərtləşdirildi

Aktual

10 May 2021, 16:25

Hindistanda koronavirusa yoluxma sayının artması səbəbindən ölkənin 4 ştatında - Tamil Nadu, Racastan, Pondiçeri və Karnatakada karantin rejimi sərtləşdirilib.

 

Modern.az xəbər verir ki, sözügedən 4 ştatda bağlama tədbirləri həyata keçirilib, proses mayın 24-dək davam edəcək.

 

Həmçinin Dehli, Uttar Pradeş və Haryana əyalətlərində başlayan karantin 17 may tarixinə qədər uzadılsa da, sabahdan Uttarakhand əyalətində 8, Keralada isə 9 günlük komendant saatı elan edilib.

 

Qeyd edək ki, Hindistanda son sutkada 366 min 161 min nəfər virusa yoluxub, 3 min 754 nəfər ölüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi