Modern.az

Lerikdə Heydər Əliyevin anadan olmasının ildönümü qeyd olunub - FOTOLAR

Lerikdə Heydər Əliyevin anadan olmasının ildönümü qeyd olunub - FOTOLAR

Aktual

10 May 2021, 13:33

Lerikdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü təntənə ilə qeyd edilib.

 

Lerik Rayon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, Azərbaycan Xalqının Ümummilli Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Ulu Öndərin mərkəzi meydandakı abidəsi önündə böyük izdiham yaşanıb.

 

Öncə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar pandemiya qaydalarını gözləməklə ulu öndərin abidəsini ziyarət ediblər, abidənin önünə tər gül-çiçəklər düzüblər.

 

Sonra pandemiya qaydaları gözlənilməklə gün ərzində rayon sakinləri tərəfindən xalqımızın dahi oğlu Heydər Əliyevin abidəsi ziyarət edilib, önündə gül-çiçək düzülərək xatirəsi ehtiramla yad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi