Fransa hökumətinə ölkənin dağılması təhlükəsi barədə məktub ünvanlanıb.
Modern.az xəbər verir ki, anonim məktub Fransanın həftəlik nəşrində dərc olunub. Müəlliflər bildiriblər ki, şəhərlərdə ölkəyə və onun tarixinə qarşı nifrət artır. Məktub müəllifləri, həmçinin islamçıların və şəhərətrafı məntəqələrdəki dəstələrin Fransadakı nizam-intizama təhlükə yaratdıqlarını qeyd ediblər.
Frasanın nizami hərbi qüvvələri də ölkənin süqutu təhlükəsi ilə bağlı məktubu dəstəkləyiblər. Hərbçilərin fikrincə, Fransa vətəndaş müharibəsinin astanasındadır və hökumət orqanları tədbir görməlidirlər. Bundan əvvəl istefada olan 20 general kollektiv müraciətlə çıxış emtişdi. Onlar hökumətə ölkənin parçalanması barədə xəbərdarlıq ünvanlamışdılar. Müraciətdə vətəndaş müharibəsinin ehtimalından da söz açılmışdı. Hökumət bu müraciətə çox sərt reaksiya verərək, müəllifləri sanksiyalarla hədələmişdi.