Modern.az

Qonşusunun evindən 10 min manatlıq oğurluq etdi

Qonşusunun evindən 10 min manatlıq oğurluq etdi

Aktual

11 May 2021, 10:37

Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 10 min manat dəyərində istilik sistemləri oğurlanıb.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, cinayəti törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Nurlan Musayev saxlanılıb.

 

Müəyyən edilib ki, saxlanılan şəxs oğurladığı həmin cihazları Zaqatala və Bakı şəhərlərində istilik sistemlərinin satışı ilə məşğul olan bir neçə mağazaya satıb. Əldə etdiyi pulu isə öz əyləncəsi üçün xərcləyib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi