Modern.az

Şəhidin doğum günündə ailəsi ziyarət edildi - FOTO

Şəhidin doğum günündə ailəsi ziyarət edildi - FOTO

Aktual

11 May 2021, 11:42

 

 

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Respublika Sahibkarlar Konfederasiyasının Goranboy nümayəndəliyi və rayonun ictimai fəalları Vətən müharibəsi Şəhidimiz Nicat Nəriman oğu Nəsibovun doğum günündə,  ailəsi ilə birgə məzarını ziyarət etdilər.

Prezident cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan, dövlət tərəfindən sahibkarlar üçün yaradılmış əlverişli şəraitdən səmərəli istifadə edərək  bu şəffaf və faydalı mühitdən  ruhlanan sahibkarlarımız xeyriyyəçilik dəyərlərinə əsaslanaraq,   Şəhidimizin ailəsi üçün Borsunlu kəndində yeni yaşayış evi inşa etdirmişlər.

 Şəhidimizin məzarı ziyarət edildikdən sonra, inşa edilmiş yeni yaşayış evində doğum günü qeyd edildi, əziz xatirəsi anıldı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi