Vanadzorda xidmət aparan Ermənistan ordusuna həyəcan siqnalı verilib. Erməni birləşmələri təcili Zəngəzur istiqamətinə göndərilir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Zəngəzur istiqamətində Azərbaycan ordusunun fəaliyyəti ilə əlaqədar Ermənistan ordusu 1 nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilib.
Ermənistan mətbuatının yaydığı məlumatlara görə, Azərbaycan ordusunun bölmələri guya, öz mövqelərindən 3 km irəliləyiblər.
Gorusun bələdiyyə sədrinin müavini Menya Ovsepyan həyəcanla bildirib ki, Azərbaycan hərbçiləri Qaragöl (Laçınla sərhəd, SSRİ zamanında, 1983-cü ildə Ermənistana birləşdirilib) yaxınlığında görünüblər.
Yaranmış vəziyyəti aradan qaldırmaq üçün hər iki tərəfin rəsmiləri hazırda danışıqlar aparıldığı bildirilir.
Məsələni şərh edən Ermənistan Müdafiə Nazirliyi bildirib ki, mayın q2-də səhər Azərbaycan Silahlı Qüvvələrinin hərbçilıri "sərhədləri dəqiqləşdirmək" adı ilə sərhəd bölgələrindən birində müəyyən işlər görməyə çalışıb.
"Görülən tədbirlərdən sonra Azərbaycan hərbçiləri bu işi dayandırdılar. Vəziyyəti həll etmək üçün danışıqlar aparılır”,-deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Fidan İlqar