Qədir bilən xalqımız, eləcə də dünyanın hər bir guşəsində Azərbaycacılıq məfkurəsindən bəhrələnən insanlar müasir Azərbaycanın memarı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98 illik yubileyini sonsuz ehtiramla qeyd ediblər.
Modern.az xəbər verir ki, Ulu öndərin ad günü – mayın 10-da Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov və Ukrayna Milli Aviasiya Universitetinin nümayəndəsi, İqtisadiyyat və Biznesin İdarəedilməsi fakültəsinin dekan müavini Yuri Pokaneviç Kiyevdə, Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin yaxınlığında yerləşən Heydər Əliyevin abidəsinin önünə tər çiçəklərdən hörülmüş əklil qoymüş, Azərbaycan və Ukrayna xalqları arasında dostluğun, iki suveren dövlət arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə misilsiz töhfələr vermiş görkəmli qudrətli dovlət xadimi Heydər Əliyevin parlaq xatirəsini yad etmişlər.
Abidənin ətrafına düzülmüş qırmızı güllər Azərbaycanın ən ağır dövründə xalqı qırğından, ölkəni parçalanmaqdan xilas etməklə yanaşı, bütün ömrü boyu müstəqil demokratik və çiçəklənən Azərbaycan Respublikasının təşəkkülü və inkişafı, eləcə də hər iki dövlətin möhkəm dostluğu naminə çalışmış insanın sönməyən parlaq xatirəsinə daim çağlayayan el məhəbbətinin, dost və qardaş Ukrayna torpağında Azərbaycan xalqının liderinə sonsuz sevgi və dərin minnətdarlığın rəmzidir.
Aytəkin ALXASLI