Modern.az

Məzahir Pənahov deputatlarla seçkiləri izləmək üçün Gürcüstana gedir

Məzahir Pənahov deputatlarla seçkiləri izləmək üçün Gürcüstana gedir

Aktual

27 Sentyabr 2012, 17:43

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 29-dan oktyabrın 2-dək Gürcüstan Respublikasında paytaxt Tbilisi şəhərində səfərdə olacaq. Modern.az-a bu barədə Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, səfərdə məqsəd oktyabrın 1-də Gürcüstan parlamentinə keçiriləcək seçkiləri izləməkdir.  
“Səfər Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədrinin dəvəti ilə həyata keçirilir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin Gürcüstan MSK-nın sədri və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub”-deyə, A. Sarıyev bildirib.  

Qeyd edək ki, Azərbaycandan millət vəkilləri Elton Məmmədov, Əli Məsimli, Mirkazım Mirkazımov, Asəf Hacıyev, Qənirə Paşayevanın da Gürcüstandakı seçkilərdə iştirakı nəzərdə tutulur.  

S.İltifatqızı  

Sizə yeni x var
Keçid et
Putinin iqamətgahına HÜCUM EDİLDİ