Modern.az

Daha 60 minə yaxın şəxs peyvənd olundu

Daha 60 minə yaxın şəxs peyvənd olundu

Aktual

1 İyun 2021, 16:38

Azərbaycanda son sutkada 59499  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 51940  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 7559  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2312715 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1404898 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 907817  nəfərdir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var