Modern.az

Ötən gün 50 mindən çox şəxsə vaksin vurulub 

Ötən gün 50 mindən çox şəxsə vaksin vurulub 

2 İyun 2021, 16:50

Azərbaycanda son sutkada 54379  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 47876  nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 6503  nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 2367094 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1452774 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 914320  nəfərdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var