Modern.az

Gədəbəydə Səkinə nənəni tövlədə bağlayan qohumuna cinayət işi açıldı

Gədəbəydə Səkinə nənəni tövlədə bağlayan qohumuna cinayət işi açıldı

Aktual

3 İyun 2021, 16:30

1934-cü il təvəllüdlü Gədəbəyin İvanovka kəndində yaşayan Səkinə Həsənovanın tövlədə bağlanılaraq saxlanılması barədə sosial şəbəkələrdə görüntülər yayılıdqdan sonra Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin kəndə gələrək, qadını kənd ərazisində gəzərkən aşkarlayıblar.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib.


E.Qasımov qeyd edib ki, onun əqli və fiziki sağlamlığının yerində olmamasını müəyyən etdikdən sonra, aidiyyəti qurumlara məlumat verib və Səkinə Həsənova Göygöl rayonunda yerləşən 3 saylı psixo-nevroloji mərkəzinə yerləşdirilib:

 

“Daha sonra qadının bağlanılması və zaman-zaman döyülməsi ilə bağlı RPŞ-də cinayət işi başlanılaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Səkinə Həsənovanı tövləyə bağlamaqda şübhəli bilinən qohumu 1947-ci il təvəllüdlü Qəzənfər Hacıyev barəsində Cinayət Məcəlləsinin 145-ci ( Qanunsuz azadlıq məhrum etmə) maddəsi ilə cinayət işi başlanılaraq rayon prokurorluğuna göndərilib”.

 

DİN rəsmisinin sözlərinə görə, hazırda faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var