Modern.az

Metrodan istifadə edənlərin sayı azalıb

Metrodan istifadə edənlərin sayı azalıb

Aktual

8 İyun 2021, 10:28

Sərnişindaşımanın bərpa olunduğu həftə ərzində Bakı metrosu ilə gündəlik təxminən 350-400 min sərnişin daşınıb.

 

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a bildirib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır.

 

B.Məmmədov ötən həftə ilk dəfə istifadəyə verilən "8 Noyabr" stansiyasında daşınan sərnişin sayı orta hesabla təxminən gündəlik 2 500-dür.

 

Onun sözlərinə görə, Bakı metrosu ilə sərnişin daşınması gündəlik ortalama 700 min nəfərdir.

 

Qurum rəsmisi azalmanın səbəbinin karantin qaydalarına uyğun olaraq təhsil müəssisələrinin bağlı olması və iş yerlərində iş rejiminin fərqli olması ilə əlaqədar olduğunu deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə