Modern.az

Baş prokuror azad edilmiş ərazilərlə bağlı tapşırıq verdi

Baş prokuror azad edilmiş ərazilərlə bağlı tapşırıq verdi

Aktual

8 İyun 2021, 16:25

İyunun 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə görülən işlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, iclasda Baş prokuror Kamran Əliyev çıxış edib. Bildirib ki, dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərin yenidən həyata qaytarılması istiqamətində geniş abadlıq-quruculuq işlərinin aparıldığı bir vaxtda Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq mina xəritələtini verməməklə Azərbaycan ərazilərində həm hərbi, həm də mülki şəxslərin həyatına və təhlükəsizliyinə ciddi təhdid yaradır.

Kollegiya iclasında COVID-19 infeksiyasının Azərbaycan Respublikası ərazisində yaratdığı təhlükələrin qarşısının alınması ilə bağlı prokurorluq orqanları tərəfindən həyata keçirilən cinayət təqibi və digər tədbirlər müzakirə edilməklə müvafiq göstərişlər verilib.

Kollegiya iclasında həmçinin işğaldan azad edilmiş ərazilərdə yaradılmış hərbi prokurorluqların fəaliyyətinin təşkilinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin qısa müddətdə görülməsi ilə bağlı tapşırıqlar verilib.

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə