Modern.az

Qayınatası ilə qayınanasını döyən kürəkənə cinayət işi açıldı

Qayınatası ilə qayınanasını döyən kürəkənə cinayət işi açıldı

8 İyun 2021, 17:04

Sumqayıt şəhəri ərazisində 3 iyun 2021-ci ildə Namiq Ələkbərovun qayınatası və qayınanasına yaşadıqları evlərində xəsarət yetirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Namiq Ələkbərov CM-nin qeyd edilən maddəsi ilə  təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində  polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

 

Hazırda Sumqayıt şəhər polis idarəsində istintaq davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var