Modern.az

Paytaxtda yeniyetmə oğlan göldə boğuldu

Paytaxtda yeniyetmə oğlan göldə boğuldu

Aktual

13 İyun 2021, 20:42

Bakı şəhəri, Yasamal rayonunda göldə 15 yaşlı oğlan boğulub.

 

Modern.az xəbər verir ki, hadisə Yasamal parkının yaxınlığındakı süni göldə qeydə alınıb.

  

Fövqəladə Hallar Nazirliyiin yaydığı məlumata görə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

 

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, E.Novruzov həmyaşıdları ilə birgə göldə çimən zaman boğulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi