“İyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub”.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb:
“İlkin ehtimallara görə Cəsarət Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.
Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da Cəsarət Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib. Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir”.