Modern.az

Katibəsinin maaşını mənimsəyən direktora cinayət işi AÇILDI

Katibəsinin maaşını mənimsəyən direktora cinayət işi AÇILDI

17 İyun 2021, 11:10

Cəbrayıl Peşə Məktəbində yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Baş Prokurorluqdan Modern.az-a verilən məlumata görə, araşdırma ilə Mehman Quliyevin qeyd edilən məktəbin direktoru vəzifəsini icra etdiyi müddətdə qanunsuzluğa yol verdiyi müəyyənləşib:

 

“Belə ki, katibə işləyən Jalə Quliyevanın əmək fəaliyyətini həyata keçirmədiyi halda adına olan əmək haqqı kartına 2019-cu il sentyabr ayından 2021-ci ilin mart ayına kimi köçürülən 6 min manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq  mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə) maddələri ilə cinayət işi başlanılıb”.

 

Rəsmi məlumata görə, hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin)  məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə