Modern.az

Şirkət əməkdaşı faciəli şəkildə ÖLDÜ

Şirkət əməkdaşı faciəli şəkildə ÖLDÜ

21 İyun 2021, 12:39

İyunun 19-u saat 13 radələrində Xaçmaz rayonu ərazisində yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə Kamran Cəfərovun təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Xaçmaz rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, “Kranpartner” MMC-də quraşdırıcı kimi çalışan 1994-cü il təvəllüdlü Kamran Cəfərov kranın seksiyalarının quraşdırılması işlərini apararkən krandan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda iş üzrə istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var