Azərbaycanda son sutkada 75081 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 41584 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 33497 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3293732 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2112110 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1181622 nəfərdir.