Modern.az

Son sutkada 608 nəfərə vaksin vuruldu

Son sutkada 608 nəfərə vaksin vuruldu

28 İyun 2021, 16:37

Azərbaycanda son sutkada 608 nəfərə koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 317 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 291 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3349035 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2139001 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1210034 nəfərdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə