Modern.az

Azərbaycanda ticarət dövriyəsi 0.8 faiz artıb

Azərbaycanda ticarət dövriyəsi 0.8 faiz artıb

Aktual

30 İyun 2021, 12:32

2021-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0,8 faiz artaraq 8608,1 milyon manat olub.

 

Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz artaraq 4130,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,2 faiz azalaraq 4477,9 milyon manata bərabər olub.

 

İstehlak məhsullarının 37,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 39,5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə