Modern.az

Azərbaycanda vaksin vurduranların sayı 3.5 milyonu ötdü

Azərbaycanda vaksin vurduranların sayı 3.5 milyonu ötdü

1 İyul 2021, 16:35

Azərbaycanda son sutkada 85889 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 418226 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 44063 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 3597108 COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2256816 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1340292 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə