Modern.az

DOST mərkəzlərində vahid əlaqələndirmə sistemi yaradılır

DOST mərkəzlərində vahid əlaqələndirmə sistemi yaradılır

2 İyul 2021, 12:22

DOST xidmətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət istiqamətlərinə dair  “Bir pəncərə” prinsipilə əhaliyə çatdırılmasını özündə ehtiva edir.

 

Modern.az xəbər verir ki, bunu DOST Agentliyinin DOST Xidmətləri departamentinin direktoru Aygün Musayeva bildirib.

 

A.Musayeva qeyd edib ki, vətəndaş DOST mərkzəinə yaxınlaşmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair bir sıra xidmətlərdən eyni anda istifadə etmək imkanı əldə edir:

 

“Məsələn, vətəndaşın əmək pensiyasına dair müraicəti varsa, bu məsələ ilə bağlı digər yardımçı xidmətlərdən-bank kartının təqdim olunması, notariat məsələsi və s.dən də istifadə edəbilər”.

 

O həmçinin deyib ki, DOST mərkəzlərində vahid əlaqələndirmə sistemi yaradılır:

 

“Bu da şəhid ailələri, qazilər və müharibə veteranlarına xidmətlərin “Bir pəncərə”dən təqdim edilməsi imkanını yaradacaq. Hazırda bu istiqamətdə işlər gedir. Proses yekunlaşdıqdan sorna qeyd olunan kateqoriyadan olan vətəndaşlar da bura müraciət edə biləcəklər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə