Modern.az

Azərbaycandakı talassemiya xəstələrinin əsas PROBLEMİ

Azərbaycandakı talassemiya xəstələrinin əsas PROBLEMİ

2 İyul 2021, 16:12

“Azərbaycanda talassemiya xəstələrinin əsas problemi donorların olmamasıdır”.

Modern.az-ın məlumatına görə, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov bildirib.

 

V.Hüseynov qeyd edib ki, ailələrdə bəzən iki uşaqda da xəstəlik olur:


“Cəmi 10 faiz talassemiyalı pasiyentlərimizdə bacı-qardaş arasında donor tapıla bilir. Xəstələrin çox hissəsinin donoru yoxdur. Ona görə biz beynəlxalq registerlərə müraciət edirik. Ölkəmizdə bu registerlərin qurulması üçün işlər davam etdirilir. Registerlərin qurulması üçün xüsusi proqramlar var”.

İcraçı direktorun sözlərinə görə, bunun üçün ilk növbədə kök hüceyrə və sümük iliyini verə bilən insanların sayı müəyyən olunmalıdır:

“Say müəyyən həddə çatdıqda, infrastruktur qurulacaq. Bu işdə isə bizə dövlət qurumlarının dəstəyi lazımdır. Burada hüceyrələrin sərhəddən keçirilməsi, şalardan qorunması, xüsusi personalın hazırlanması və beynəlxalqəməkdaşlığın qurulmasından sonra məsələ öz həllini tapacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə